...

Laçının işğalının 21-ci ildönümü laçınlı məcburi köçkün rabitəçilərlə birgə anılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2013 14:47 (UTC +04:00)
Laçın rayonunun Erməni qəsbkarları tərəfindən işğalının 21-ci ildönümü Laçınlı məcburi köçkün rabitəçilərlə birgə anılıb.
Laçının işğalının 21-ci ildönümü laçınlı məcburi köçkün rabitəçilərlə birgə anılıb (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir E.Mehdiyev/

Laçın rayonunun erməni qəsbkarları tərəfindən işğalının 21-ci ildönümü laçınlı məcburi köçkün rabitəçilərlə anılıb.

Trend-in məlumatına görə, bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Ağcabədi rayonunda məcburi köçkünlər üçün salınmış Taxtakörpü qəsəbəsində məskunlaşmış laçınlı məcburi köçkün rabitəçilərlə görüşüb.

Mərasimdə rayonun işğalı ilə əlaqədar hadisələr bir daha anılıb, şəhidlərə Allahdan rəhmət dilənib.

Görüşdə iştirak edən Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucov ölkə başçısı cənab İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlardan söz açaraq Azərbaycanın Qafqazda ən güclü orduya malik olduğunu və istənilən vaxt torpaqlarımızı azad etməyə qadir olduğunu bilidirib və onların qayğıları ilə maraqlanıb.

Görüş iştirakşılarına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin maddı yardımları da paylanılıb.

Çıxış edən laçınlı məcburi köçkün rabitəçilər onlara yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti