...

Paskal Mönye: Fransa Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli yollarını axtarmaqda maraqlıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyun 2013 10:46 (UTC +04:00)
Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli yollarını axtarmaqda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Bakı Gələcək Forumunda jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib.
Paskal Mönye: Fransa Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli yollarını axtarmaqda maraqlıdır

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir M.Əliyev/

Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli yollarını axtarmaqda maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Bakı Gələcək Forumunda jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib.

Səfirin sözlərinə görə, Fransa Azərbaycanla xarici işlər nazirləri səviyyəsində ikitərəfli əlaqələr və Dağlıq Qarabağ məsələsini müzakirə edir: "Biz düşünürük ki, tərəflər arasında mövcud olan narazılıqların aradan qaldırılmasının vaxtı çatıb. Düşünürəm ki, bəzi "beyin mərkəzləri" regionun gələcəyi üçün nə etmək lazım olduğu barədə fikirləşərlər. Hər iki ölkənin öz parlaq gələcəyi barədə düşünməsi vacibdir. Və buna görə də, bu cür tədbirlərdə qəbul olunacaq və Azərbaycanla Ermənistan hökumətlərinə və eyni zamanda ATƏT-in Minsk qrupuna təqdim olunan bu cür hesabatlar münaqişənin həlli üçün müsbət olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti