...

Riçard Morninqstar: ABŞ ATƏT-in Minsk qrupunda fəallığını artıracaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2013 19:38 (UTC +04:00)
ABŞ ATƏT-in Minsk qrupunda fəallığını artıracaq və əlindən gələni edəcək ki, Dağlıq Qarabağ münaqişəsinin yekun həlli imkanlarını artırsın.
Riçard Morninqstar: ABŞ ATƏT-in Minsk qrupunda fəallığını artıracaq

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir S.Əhmədova/

ABŞ ATƏT-in Minsk qrupunda fəallığını artıracaq və əlindən gələni edəcək ki, Dağlıq Qarabağ münaqişəsinin yekun həlli imkanlarını artırsın.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Vyanada keçirəcək görüşünü şərh edərkən bildirib.

Səfir əlavə edib ki, bu münaqişə Azərbaycan xalqı üçün ağrılı-acılı və önəmli bir problemdir.

Moldova ombudsmanı Aureliya Qriqoriunun Ermənistan parlamentində çıxışından sonra üzləşdiyi təhdid və təqibləri şərh edən səfir Morninqstar bildirib ki, o bu məsələdən xəbərdardır:

"Mənim vəzifəmi nəzərə alaraq, bu məsələ ilə bağlı hər hansı bir şərh verməməyim daha yaxşı olardı. Bu məsələnin Moldova, Ermənistan və Azərbaycan arasında həll olunması daha məqsədəuyğun olardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti