...

Politoloq: Ermənistan və Dağlıq Qarabağ arasında əlaqə yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2013 13:47 (UTC +04:00)
Səlim aşırımı bağlanıbsa, deməli, Ermənistan və Dağlıq Qarabağ arasında əlaqə yoxdur.
Politoloq: Ermənistan və Dağlıq Qarabağ arasında əlaqə yoxdur

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir M.Əliyev/

Səlim aşırımı bağlanıbsa, deməli, Ermənistan və Dağlıq Qarabağ arasında əlaqə yoxdur. Azərbaycanın müharibəyə başlayacağı təqdirdə, Ermənistanın quru qoşunları məhz bu yolla Dağlıq Qarabağa çatdırılmalıdır, bu yol isə 50% gücü ilə işləyir. Trend xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərin görə, Səlim aşırımında üç ay ərzində hərəkəti təmin edə bilməyən Ermənistan hərbçilərinin danışıqları yalnız axmaqlar və ermənilər üçün nəzərdə tutulub. Mayın 4-də Səlim aşırımı torpaq uçqunu nəticəsində bağlandı. Sonradan yolun bir qismi torpaqdan təmizləndi, hərəkət birtərəflidir.

Əhmədoğlu deyib ki, Qarabağ müharibəsi veteranlarının sosial vəziyyətinin gündən-günə ağırlaşdığı Ermənistanda şəxsi heyəti formalaşdırmaq qısa zamanda həll edilməsi mümkün olmayan problemdir: "Qeyrətli erməni kişiləri" qızları ön cəbhəyə göndərmək məcburiyyətindədir; hərbi hissələrdə yerevanlı-qarabağlı davası səngimir; orduda ölümlərin sayı artır. Sünik vilayətinin qubernatoru S.Xaçaturyanın evində və "Arsnakar" kafesində hərbçilərin iştirakı ilə baş verən insidentlər və bu insidentlərə Ermənistan cəmiyyətinin münasibəti hərbçilərin mənəviyyatının, onlara verilən dəyərin hansı səviyyədə olduğunu göstərir. Belə vəziyyətdə Artur Aqabekyan və Movses Akopyan kimi hərbçilər Azərbaycan Ordusunun ermənilər üçün heç bir təhlükə yaratmadığını bildirirlər. Ermənistan parlamentinin müdafiə məsələləri üzrə komissiyasının keçmiş sədri, Daşnaksütyun partiyasının üzvü, hazırda Dağlıq Qarabağ "baş naziri"nin müavini, müharibə hesabına varlanmış A.Aqabekyan Azərbaycanın RF-dən aldığı "Smerç"lərdən danışır və erməni hərbçini "supermen" kimi təbliğ edir: guya Azərbaycan Ordusunun atdığı "Smerç"ləri supermen erməni hərbçilər göydə tutacaqlar. Sarkisyan, Nalbandyan, Ohanyan, Saakyan, Arutunyan, Aqabekyan və M.Akopyana baxanda fikirləşirsən ki, Ermənistan xalqının bunlardan başqa düşməni yoxdur. Azərbaycanın arsenalında olan termobarik raketlər erməninin qulağının dibində olduğu vaxtda onlar şəxsi maraqları uğrunda xalqlarını qurban verməyə hazırlaşırlar".

Politoloq həmçinin deyib ki, Ermənistan rəhbərliyi Fransanın Ermənistandakı səfiri Anri Renonun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı verdiyi həyəcanlı bəyanatın mahiyyətini düzgün başa düşməlidir:

"A.Reno Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində, Dağlıq Qarabağın statusunun müəyyən olunmasında cəmi iki tərəfin olduğunu bildirdi. Bununla da demək istəyirdi ki, Dağlıq Qarabağın taleyinin müəyyən olunmasında üçüncü tərəf - Dağlıq Qarabağ iştirak etməyəcək. Ermənistan tərəfinin Azərbaycan Prezidentinə nə təklif edəcəyi bəlli deyil - ortalığa heç nə qoymayıb. Azərbaycan tərəfi Ermənistanı regional layihələrə cəlb etməyə baxa bilər".

Onun sözlərinə görə, digər tərəfdən, Tomas de Valın Ermənistanda səsləndirdiyi fikirlər birmənalı qarşılanmadı: "T.Valı ermənipərəst kimi görməyə vərdiş etmiş erməni ictimai-siyasi mühiti onun dediklərində yalnız özlərinə sərf edənləri gördülər, amma o, ermənilərin ziyanına olan iki mühüm tezisi aktuallaşdırdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti