Azərbaycan, Bakı, 23 iyul /Trend/
Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər dünyasını dəyişib.
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, hadisə iyulun 22-də yerli vaxtla saat 12:30-da baş verib.
Hadisə nəticəsində 19 yaşlı əsgər Narek Ovsepyan ölümcül yaralanıb. Təfərrüatları öyrənmək üçün istintaq aparılır.