...

Səfir: Ukrayna Dağlıq Qarabağ münaqişəsinin tərəflərini nizamlanmanın baza prinsiplərinin razılaşdırılmasını yekunlaşdırmağa çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Avqust 2013 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir E.Tariverdiyeva/

Ukrayna ATƏT-ə sədrlik edən ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində müntəzəm olaraq münaqişə tərəflərini nizamlanmanın baza prinsiplərinin razılaşdırılmasını yekunlaşdırmağa, özlərini birtərəfli addımlardan çəkindirməyə, qoşunların təmas xəttində vəziyyətin sabitləşdirilməsinə çağırır. Trend-in məlumatına görə, bu barədə Ukraynanın Ermənistandakı səfiri İvan Kuxta "News.am" saytına müsahibəsində bildirib.

"Həmçinin bizim hökumətimiz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyir".

Onun sözlərinə görə, yarım il ərzində həmsədrlər Kiyevə iki dəfə səfər ediblər və onların səfərləri zamanı prosesin nizamlanması haqqında məzmunlu müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti