...

Bayram Səfərov erməniləri Azərbaycan bayrağının altından keçməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Avqust 2013 10:47 (UTC +04:00)
Qarabağ erməniləri unutmasınlar ki, onlar Azərbaycan vətəndaşlarıdır. Bayrağımızın altından keçən hər bir erməniyə çörək verməyə hazırıq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
Bayram Səfərov erməniləri Azərbaycan bayrağının altından keçməyə çağırıb

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İ.İzzət/

Qarabağ erməniləri unutmasınlar ki, onlar Azərbaycan vətəndaşlarıdır. Bayrağımızın altından keçən hər bir erməniyə çörək verməyə hazırıq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

Qarabağdakı təbii sərvətlərin talan edilməsi ilə bağlı məsələyə münasibət bildirən B.Səfərov qeyd edib ki, nə Ermənistanın, nə də Qarabağda olan ermənilərin bu təbii sərvətləri istismar etməsi üçün maliyyə imkanları yoxdur: "Bu ermənilərin Azərbaycanı qıcıqlandırmaq üçün ortaya atdığı növbəti dezinformasiyadır. Belə informasiyalar yaymaqla Ermənistan öz əhalisini yalançı iqtisadi uğurlar adı ilə aldatmaqla məşğuldur. Bu gün Ermənistandakı iqtisadi vəziyyət çox ağırdır və çıxış yolu yalnız Azərbaycana qarşı təcavüzkar siyasətdən əl çəkməkdir".

B.Səfərov həmçinin qeyd edib ki, Ermənistan xarici ölkələrin rəsmi və qeyri-rəsmi şəxslərini işğal etdikləri Dağlıq Qarabağa aldatmaq yolu ilə aparırlar: "Dağlıq Qarabağa bir dəfə gedən xarici ölkələrin rəsmi şəxsləri bu bölgəyə bir də getmirlər.

B.Səfərovun sözlərinə görə, Ermənistana səfər edən xarici ölkə rəsmiləri aparıldıqları bütün ərazilərin Ermənistan olduğunu güman edirlər: "Yəni onlar Ermənistana gedirlər, sonradan məlum olur ki, həm də Dağlıq Qarabağa da aparılıblar. İkinci dəfə Qarabağa gedən xarici ölkə rəsmisi yoxdur. Bunun özü ermənilərin belə səfərləri riyakarlıqla hazırlamasından xəbər verir".

B. Səfərov əlavə edib ki, heç bir xarici dövlət bir rəsmi şəxsin əməlinə görə, Azərbaycanla əlaqələrin korlanmasını istəmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti