...

RF və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə gələcək addımları müzakirə edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Sentyabr 2013 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Rusiya Prezidenti Vladimir Putin Moskvada erməni həmkarı Serj Sarkisyanla görüşəcək, əsasən, Gömrük Birliyi və Rusiya, Belarus və Qazaxıstanın Vahid İqtisadi məkanı ilə Ermənistanın qarşılıqlı fəaliyyətini müzakirə edəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi RF Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Daha əvvəl məlumat verilirdi ki, prezidentlər çərşənbə axşamı Moskvada siyasət, ticarət-iqtisadiyyat, energetika və humanitar sahələrdə qarşılıqlı fəaliyyəti müzakirə edəcəklər.

Uşakov əlavə edib: "Görüşdə MDB məkanında inteqrasiya proseslərinin, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə gələcək addımlar da daxil olmaqla Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələlərinin də müzakirə olunacağı gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti