...

Ceyms Appaturay: NATO Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllini istəyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2013 14:26 (UTC +04:00)
NATO Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllini istəyir.
Ceyms Appaturay: NATO Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllini istəyir

Azərbaycan, Bakı, 13 sentyabr / Trend, müxbir S.Əhmədova /

NATO Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllini istəyir. Bu barədə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Trend-ə müsahibəsində bildirib.

"Münaqişənin həlli çox vacibdir, lakin belə bir həll yalnız siyasi ola bilər. Bu səbəbdən NATO ATƏT-in Minsk qrupunun səylərini tamamilə dəstəkləyir".

Təşkilatın Dağlıq Qarabağ münaqişəsinin həllində oyanaya biləcəyi rol barədə danışarkən C.Appaturay bildirib ki, hər iki tərəfin münaqişənin həlli üzrə əsas prinsiplərə dair hələ razılığa gəlmədiyi bir anda, hər hansı bir təşkilat və ölkənin münaqişənin həllində rolu barədə düşünmək çox tezdir:

"Aydındır ki, "dondurulmuş" münaqişə termini əslində reallığı yaxşı təsvir etmir. Hər iki tərəf tez-tez atəşkəs rejiminin pozulması halları barədə xəbərlər verir. Hərbi və mülki şəxslər arasında ağır itkilər var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti