...

XİN: Azərbaycan hərbi gücünü möhkəmləndirməlidir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2013 17:50 (UTC +04:00)
Ermənistan həmişəki kimi beynəlxalq norma və prinsipləri təhrif edir və beynəxalq ictimaiyyətdə yanlış rəy yaratmağa çalışır.
XİN: Azərbaycan hərbi gücünü möhkəmləndirməlidir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir S.Ağayeva/

Ermənistan həmişəki kimi beynəlxalq norma və prinsipləri təhrif edir və beynəxalq ictimaiyyətdə yanlış rəy yaratmağa çalışır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın BMT Baş Assambleyasında çıxışını şərh edərkən jurnalistlərə bildirib.

E.Nalbandyan demişdi ki, Azərbaycanın xeyli sayda hücum silahları toplaması təkcə regional deyil, həm də beynəlxalq şəraiti qeyri-sabitliklə təhdid edir.

E.Abdullayev BMT TŞ-nin qətnaməsindən sitat gətirərək qeyd edib: "Azərbaycan torpaqlarının işğalının davam etməsi regionda sülhü qeyri-sabitliklə təhdid edir".

Onun sözlərinə görə, E.Nalbandyanın bəyanatı həyasızlıqdan başqa bir şey deyil.

XİN rəsmisi bildirib: "Ərazisi işğal altında olan Azərbaycan hərbi gücünü möhkəmləndirməlidir".

Mətbuat katibinin sözlərinə görə, Ermənistan XİN rəhbəri unutmamalıdır ki, BMT TŞ-nin qəbul etdiyi qətnamələr Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, Ermənistanın isə işğalçı olduğunu təsdiq edir:

"Rəsmi Yerevan başa düşməlidir ki, Azərbaycan ərazilərini azad etmək üçün bütün imkanlardan istifadə edəcək. Öz vətəndaşlarının hüquqlarını qorumaq Azərbaycan dövlətinin borcudur".

E.Abdullayev əlavə edib ki, Nalbandyan BMT TŞ-nin qəbul etdiyi qətnamələrin mətnini təhrif etməyə çalışır ki, bu da Ermənistanın acizliyindən xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti