...

III "Şərq tərəfdaşlığı" sammitinin iştirakçıları Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Noyabr 2013 15:48 (UTC +04:00)
Bu gün Vilnüsdə baş tutan III "Şərq tərəfdaşlığı" sammitinin iştirakçıları Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Vyanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirilən görüşünü alqışlayıblar.
III "Şərq tərəfdaşlığı" sammitinin iştirakçıları Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayıblar

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir S.Əhmədova/

Bu gün Vilnüsdə baş tutan III "Şərq tərəfdaşlığı" sammitinin iştirakçıları Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Vyanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirilən görüşünü alqışlayıblar. Trend-in məlumatına görə, bu barədə III "Şərq tərəfdaşlığı" sammitinin Birgə Bəyannaməsində qeyd olunur.

Bəyannamədə deyilir ki, sammit iştirakçıları prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqların irəlilədilməsinə dair razılığını alqışlayıblar.

Vilnüs sammitinin iştirakçıları münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında tez bir zamanda həllinin vacib olduğunu vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti