...

Bayram Səfərov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların son mərhələsi o olar ki, biz Şuşada olaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2014 10:40 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların son mərhələsi o olar ki, biz Şuşada olaq. O gün hökmən olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
Bayram Səfərov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların son mərhələsi o olar ki, biz Şuşada olaq

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İ.İzzət/

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların son mərhələsi o olar ki, biz Şuşada olaq. O gün hökmən olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, münaqişənin həlli istiqamətində Azərbaycan və Ermənistan rəsmiləri arasında aparılan danışıqları dəstəkləyirlər. Bu danışıqlar davam etdirilməlidir.

Onun sözlərinə görə, ancaq bununla yanaşı erməni və azərbaycanlı icması arasında da danışıqlar olmalıdır.

B.Səfərov deyib ki, Cənab Prezident həmişə yüksək tribunalardan bildirib ki, heç bir halda Azərbaycanın bir qarış torpağı kimsəyə verilə bilməz. İkinci erməni dövləti yaradıla bilməz: "Azərbaycanın üçrəngli bayrağımız Şuşada, Xankəndində, işğal altında olan bütün ərazilərdə dalğalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti