...

Baş nazirin müavini: Şuşa yerindədir, sadəcə Şuşa sakinləri müvəqqəti olaraq yerini dəyişib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2014 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

"Mən 22 il Şuşasız fikri ilə razı deyiləm. Gənc nəsil bunu düzgün anlamayıb başqa cür qəbul edə, onlara pis təsir edə bilər. Şuşa yerindədir, sadəcə Şuşa sakinləri müvəqqəti olaraq yerini dəyişib".

Trend xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar bu gün Bakıda Muğam Mərkəzində keçirilən anım tədbirində bildirib.

Onun sözlərinə görə, Şuşanın 22 il öncə erməni faşizmi və onun himayədarları tərəfindən işğal edilməsi yalnız müvəqqətidir. Şuşanı yaddan çıxarmaq mümkün deyil.

Ə.Həsənovun fikrincə, Şuşa təkcə şuşalıların məskəni deyil, bütün türk və müsəlan dünyası üçün müqəddəs yerdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti