...

Bakıda Muğam Mərkəzində Şuşanın işğalının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2014 13:37 (UTC +04:00)
Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar bu gün Bakıda Muğam Mərkəzində anım tədbiri keçirilib.
Bakıda Muğam Mərkəzində Şuşanın işğalının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar bu gün Bakıda Muğam Mərkəzində anım tədbiri keçirilib.

Trend xəbər verir ki, tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş rayonlarının ictimaiyyətinin nümayəndələri, dövlət rəsmiləri, eləcə də bir sıra ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbir Şuşanın tarixi və ermənilər tərəfindən işğalına həsr edilmiş "Vətəndir şərəfimiz" adlı sənədli filmin nümayişi ilə başlayıb.

Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov qeyd edib ki, ermənilər 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal ediblər. BMT-nin qəbul etdiyi müvafiq qətnamələrə baxmayaraq, Ermənistan onları yerinə yetirmək imtina edir və işğalçılıq siyasətini bu gün də davam etdirir. Bu təcavüz nəticəsində on minlərlə insan şəhid olub, yaralanıb, 1 milyondan artıq Azərbaycan vətəndaşı məcburi şəkildə köçkün düşüb, işğal olunmuş maddi-mədəniyyət abidələri məhv edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin münaqişə ilə bağlı mövqeyini bir daha xatırladan icma rəhbərinin sözlərinə görə, Azərbaycan bu işğalı qəbul etməyəcək və öz torpaqlarını mütləq azad edəcək.

Daha sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında işğal olunmuş torpaqlarımız azad ediləcək, məcburi köçkünlər doğma yerlərinə qayıdacaq, azad edilmiş torpaqlarda Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti