...

Britaniyalı nazir Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün tərəfləri yeni səylər göstərməyə çağırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2014 11:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir S.Əhmədova/

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi sazişinin 20-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Trend-in Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün tərəfləri yeni səylər göstərməyə çağırıb.

D.Lidinqton bildirib: "Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs rejimi sazişinin imzalanmasından 20 il ötür. Bu saziş amansız müharibəyə son qoysa da, hələ real sülhə nail olmaq lazımdır".

Nazirin sözlərinə görə, atışmalar hər iki tərəfdən can almaqda davam edir: "Humanitar böhran davam edir. Belə ki, yüz minlərlə məcburi köçkünün problemlərinin adekvat həllinə nail olunmayıb. Hər iki tərəfdən kompromis olduğu təqdirdə sülhə nail olmaq mümkün olacaq".

Onun sözlərinə görə, xalq diplomatiyası və xalqlar arasında sülh qurucuları hər bir sülh və barışığın əsas amilidir: "Böyük Britaniya sülh sazişində irəliləyişə nail olmaq üçün fəal çalışan Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyir".

D.Lidinqton qeyd edib ki, sülh sazişinin əsasında duran elementlər, o cümlədən işğal olunmuş ərazilərin qaytarılması, Dağlıq Qarabağın statusu üzrə iradənin azad ifadəsi ABŞ-dan olan həmsədr Ceyms Uorlik tərəfindən bir daha səsləndirilib. Nazir ümid etdiyini bildirib ki, hər iki ölkənin rəhbərliyi münaqişənin həllinə nail olmaq üçün siyasi cəsarət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti