Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İlkin İzzət/
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun əsgəri yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, atəşkəs rejiminin pozulması nəticəsində əsgər, 1994-cü il təvəllüdlü Fərhad Azad oğlu Rəhimov düşmən gülləsindən yüngül xəsarət alıb.
Əsgərə hərbi hissənin tibb məntəqəsində ilkin tibbi yardım göstərilib. Hazırda əsgər F.Rəhimovun vəziyyəti normaldır.