...

Bayram Səfərov: Qərb ikili siyasət yeritməsəydi, Dağlıq Qarabağ problemi çoxdan həllini tapardı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Avqust 2014 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İlkin İzzət/

"ABŞ başda olmaqla, bəzi Qərb dövlətləri Dağlıq Qarabağ probleminin həllində 20 ildən artıqdır ki, ikili siyasət yeridir". Bunu Trend-ə Qərb dairələrinin, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqedə ikili standartları şərh edərkən "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, Qərb ikili siyasət yeritməsəydi, problem çoxdan həllini tapardı: "ABŞ başda olmaqla, Qərb dairələrinin, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe ikili standartların bariz nümunəsi, ədalətsiz və riyakar yanaşmadır. Ona görə də Ermənistan həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirib, işğalçılıq siyasətindən əl çəkmir".

B.Səfərov bildirib ki, ABŞ-ın ikili siyasəti təkcə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində özünü büruzə vermir: "Leyla Yunusla bağlı bəyanat verən ABŞ Dövlət Departamenti nəyə görə Ermənistanda insan hüquq və azadlıqlarının, söz və məlumat azadlığının sərt şəkildə məhdudlaşdırılmasından danışmırlar? Avropa dövlətlərində baş verən çoxsaylı hüquq pozuntusu halları ilə bağlı heç nə demirlər?"

İcma rəhbəri deyib ki, Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev başda olmaqla xalqımız Dağlıq Qarabağ probleminin həllinə nail olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti