Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir Elmira Tariverdiyeva/
ABŞ xarici siyasətinin istiqaməti təəccübə səbəb olduğu bir vaxtda Konqresdə və administrasiyadakı siyasətçilər müttəfiqləri itirməmək üçün diqqətli olmalıdırlar. Trend-in məlumatına görə, bu barədə Vaşinqtondakı Corctaun Fondunun Yaxın Şərq İnstitutunun və ABŞ HHQ Xüsusi Əməliyyatlar Məktəbinin (USAFSOS) əməkdaşı Aleks Vatankanın ABŞ-ın "The Hill" portalında dərc olunmuş məqaləsində deyilir.
Məqalədə bildirilir ki, Azərbaycan dünyəvi müsəlman dövlətidir. Bakıda hakimiyyət getdikcə daha tez-tez ABŞ-ın öz müttəfiqlərinə sədaqətini vurğulayırlar. Müəllif yazır ki, Amerikanın son siyasi manevrləri, həmçinin Rusiyanın Ukraynadakı hərəkətlərinə ziddiyyətli və bir çox şeydə dişsiz cavablar Bakının əndişəsini azaltmağa kömək etməyib.
Məqalədə deyilir: "1991-ci ildə müstəqillik qazandığı andan keçmiş sovet respublikası olan Azərbaycan ABŞ-a əsas strateji tərəfdaşlarından biri kimi baxır. 20 il ərzində Azərbaycan səbrlə belə bir inamın tərəfdarı olub ki, ABŞ Ermənistanla işğal edilmiş Azərbaycan əraziləri üçün mübahisədə qüsursuz arbitrdir və hər halda Cənubi Qafqazda bu dondurulmuş münaqişənin sülh yolu ilə nizamlanmasında bir dəfə kömək edəcək. Lakin ABŞ-ın ərazi bütövlüyünə hörmət və millətlərin suverenliyi də daxil olmaqla, özünün əsas dəyərlərinə israr etməsinə azərbaycanlıların şübhələri getdikcə artır".
Müəllif yazır ki, Azərbaycanın Konqresin və administrasiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyəcanları bu yaxınlarda baş vermiş Krım hadisələri ilə bağlı yenidən artıb.