...

Azərbaycan sərhədini pozarkən saxlanılmış Ermənistan vətəndaşı ölkəsinə qaytarıldı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Sentyabr 2014 13:57 (UTC +04:00)
Bir ay əvvəl Azərbaycan sərhədini pozarkən saxlanılmış Ermənistan vətəndaşı bu gün ölkəsinə qaytarılıb.
Azərbaycan sərhədini pozarkən saxlanılmış Ermənistan vətəndaşı ölkəsinə qaytarıldı

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bir ay əvvəl Azərbaycan sərhədini pozarkən saxlanılmış Ermənistan vətəndaşı bu gün ölkəsinə qaytarılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasındən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq 26 avqust 2014-cü il tarixdə Qazax rayonunun Kəmərli kəndi ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç 25 sentyabr 2014-cü il tarixdə, Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarılıb.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti