• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Gündəm
  • Dağlıq Qarabağ Münaqişəsi

Dağlıq Qarabağ münaqişəsi ABŞ nümayəndələri ilə müzakirə olunub

15 Oktyabr 2014 16:51 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Azərbaycanda həyata keçiriləcək humanitar layihələr və gələcək planlarla əlaqədar olaraq ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Bruk Ayşamı qəbul edib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.

Ə.Həsənov bütün sahələr üzrə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıraraq münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımıza istər ABŞ-ın ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının, istərsə də ABŞ-ın Azərbaycandakı səfirliyinin göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib, bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını diqqətə çatdırıb.

ABŞ-ın ölkəmizdəki səfirliyinin müxtəlif vaxtlarda Bakıdakı yataqxanada, Müşfiqabadda və Gəncə şəhərində yeni salınmış qəsəbədə məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə yerində tanış olduğunu, səfirlik tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini minnətdarlıqla xatırladan Ə.Həsənov qonaqlara gələcək fəaliyyətində uğurlar arzulayıb.

ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən diplomat Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Qəbulda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bugünkü durum, bu münaqişə nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Bruk Ayşam
  • Derek Hoqan
  • Əli Həsənov
Azernews Newspaper
Digər xəbərlər
Qubada 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş respublika elmi konfransı keçirilib (FOTO)
Siyasət 31 Mart 12:25
Əli Həsənov: Anti-Azərbaycan qüvvələrin məqsədi ölkədə qarşıdurma yaratmaq və sabitliyi pozmaqdır (FOTO) (YENİLƏNİB)
Siyasət 30 Mart 10:45
Əli Həsənov: Azərbaycanı söyməklə komfortlu yaşayışı təmin etmək insanlıq simasını itirmək deməkdir
Siyasət 21 Mart 16:05
Əli Həsənov: KİV-lər diqqətli olmalıdır ki, Seçki Məcəlləsinin tələbləri pozulmasın (FOTO)
Siyasət 19 Mart 12:51
Əli Həsənov: Azərbaycan 2018-ci ili də uğurla başa vuracaq (FOTO)
Siyasət 17 Mart 15:37
Əli Həsənov: Erməni separatizminin kökləri daxildən deyil, xaricdən qaynaqlanır
Siyasət 15 Mart 19:07
Əli Həsənov: Hər bir xalqa müqəddəratını istədiyi qədər təyin etmə hüququ verilərsə, dünyada etnik separatizm qarşısıalınmaz prosesə çevrilər
Nəzər nöqtəsi 15 Mart 18:35
Əli Həsənov: Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir
Siyasət 14 Mart 18:51
Əli Həsənov: Maliyyə mənbəyi məlum olmayan, hamıdan yaxşı yaşayan partiya nümayəndələrinin tənqid etməyə, ittiham etməyə haqları yoxdur
Siyasət 10 Mart 13:49
Əli Həsənov: Ölkədən qaçan şəxsləri xaricdə Azərbaycana qarşı təlimatlandırırlar
Nəzər nöqtəsi 10 Mart 13:18
Əli Həsənov: Azərbaycan dövlətini heç kim, heç zaman məğlub edə bilməz
Siyasət 10 Mart 10:48
Əli Həsənov: Azərbaycan İsraillə müsəlman dünyası arasında körpü yaradır
Siyasət 5 Mart 11:18
Əli Həsənov: Diasporun əsas vəzifəsi Azərbaycan həqiqətlərini və cinayətkar Ermənistan rejiminin yürütdüyü siyasətin nəticələrini dünya ictimaiyyətinə çatdırmaqdır
Siyasət 27 Fevral 17:33
Əli Həsənov: Sülh danışıqları nəticə verməsə, Azərbaycan öz ərazilərini azad etmək üçün bütün vasitələrdən istifadə edəcək
Siyasət 27 Fevral 10:43
Əli Həsənov: Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları ilə bağlı hüquqi prosedurlara başlamaq niyyətindəyik
Siyasət 14 Fevral 14:16
Əli Həsənov: Növbədənkənar seçkilərin keçirilməsi haqqında sərəncam Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur
Siyasət 5 Fevral 16:33
Əli Həsənov: Azərbaycan həmkarlar ittifaqlarının inkişafında 2004-cü ildən sonrakı dövr xüsusilə fərqləndi (FOTO)
Siyasət 5 Fevral 13:23
Əli Həsənov: Növbədənkənar prezident seçkiləri həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur
Siyasət 5 Fevral 12:11
Ən çox oxunanlar
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Prezident İlham Əliyev: Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib (YENİLƏNİB-2)
Nazir: Türkiyə Azərbaycanla ticarət hesablaşmalarında milli valyutaya keçməyə hazırdır (ÖZƏL)
Prezident İlham Əliyevin Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb
Əhalinin banklarda 7.7 milyard manatdan artıq pulu var
Nəzər nöqtəsi
Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Deputat: Ermənistan hakimiyyəti işğalçılıq siyasəti ilə ölkəni dalana dirəyib

Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
Zakir Nuriyev: Azərbaycanda banklar əhalinin xarici valyutaya olan tələbatını tam təmin edir
Ramiz Mehdiyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter