...

Britaniyalı nazir: Dağlıq Qarabağ münaqişəsi regionun və Avropanın sabitliyinə ziyan vurur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Noyabr 2014 14:54 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regionun və Avropanın sabitliyinə ziyan vurur.
Britaniyalı nazir: Dağlıq Qarabağ münaqişəsi regionun və Avropanın sabitliyinə ziyan vurur

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regionun və Avropanın sabitliyinə ziyan vurur. Trend-in "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bunu bazar ertəsi Yerevanda Böyük Britaniyanın Avropa məsələləri naziri Devid Lidinqton Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə əsasən, Dağlıq Qarabağ münaqişəsi Birləşmiş Krallıq üçün narahatlıq mənbəyi olaraq qalır.

Nazir qeyd edib ki, Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinin axtarılması yolları üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səylərinə böyük önəm verir: "Beynəlxalq ictimaiyyət uzun müddətdir davam edən bu münaqişə nəticəsində insan faciəsinə son qoymaq üçün Minsk qrupunun həmsədrlərinə yardımı ikiqat artırmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti