...

Elmar Məmmədyarov: Azərbaycanlı girovlar üzərində məhkəmə qanunsuzdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Noyabr 2014 16:54 (UTC +04:00)
Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlı girovlar üzərində məhkəmə qanunsuzdur.
Elmar Məmmədyarov: Azərbaycanlı girovlar üzərində məhkəmə qanunsuzdur

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycanın işğal edilmiş ərazilərində azərbaycanlı girovlar üzərində məhkəmə qanunsuzdur. Trend xəbər verir ki, bu barədə çərşənbə günü xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Kəlbəcər rayonunda girov götürülmüş azərbaycanlıların azad olunması məsələsi Azərbaycanın diqqət mərkəzində qalır: "Biz onların azad olunması üçün hər şey edirik. Bu məsələ Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə də qaldırılıb. Vasitəçilər bu məsələ ilə məşğul olacaqlarını vəd ediblər".

Onun sözlərinə görə, bu məsələ zaman tələb edir.

E.Məmmədyarov bildirib ki, Ermənistanın insan hüquqları barədə danışmağa haqqı yoxdur: "Bir milyondan artıq azərbaycanlının hüquqlarını pozan Ermənistanın insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur. Lidinqton bu gün ermənilərin təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulan qaçqın və məcburi köçkünlərlə görüşdü və öz gözləri ilə onların ağır vəziyyətini gördü".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti