...

XİN: Azərbaycanın işğal edilmiş ərazisində helikopterlə bağlı insident Ermənistanın deskrutiv mövqeyinin təzahürüdür

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Noyabr 2014 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Səba Ağayeva/

Azərbaycanın işğal edilmiş ərazisində hərbi helikopterlə bağlı insident Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında destruktiv mövqeyinin növbəti təzahürüdür. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesində ölkənin ərazi bütövlüyü, suverenliyi çərçivəsində iştirak edir: " Fransa Prezidenti Fransua Olland Paris görüşündə sülh sazişi üzərində işə bağlamaq çağırışı edib və Azərbaycan belə işə başlamağa hazır olduğunu təsdiq edib. Lakin Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək sülh prosesinə mane olmağa yönəldilmiş siyasətini davam etdirir və hərbi helikopterlə bağlı insident növbəti belə addımdır".

O, həmçinin xatırladıb ki, Azərbaycan XİN-in 2012-ci ildə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə göndərdiyi məktubda deyilirdi ki, Ermənistan tərəfindən Azərbaycanın hava məkanının pozulmasına yönəldilmiş istənilən cəhdə qarşı adekvat addımlar atılacaq.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti