...

Rusiya azərbaycanlı girovların taleyindən narahatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2014 15:37 (UTC +04:00)
Rusiya girovlar probleminə ciddi yanaşır və bütün girovların azad edilməsinin, qarşılıqlı mübadilənin aparılmasının tərəfdarıdır.
Rusiya azərbaycanlı girovların taleyindən narahatdır

İsveçrə, Bazel, 5 dekabr /Trend, müxbir Elçin Hüseynov/

Rusiya girovlar probleminə ciddi yanaşır və bütün girovların azad edilməsinin, qarşılıqlı mübadilənin aparılmasının tərəfdarıdır. Trend-in məlumatına görə, bunu Bazeldənın Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

O, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşünün yekunları üzrə bəyanatını xatırladıb: "Həmin bəyanata əsasən, Azərbaycan və Ermənistan prezidentləri girovların götürülməsi halında onların mübadiləsini aparmağa, ölüm zamanı isə cəsədlərin qarşılıqlı təhvil verilməsinə imkan verən mexanizm yaratmağı öhdələrinə götürüblər".

S.Lavrov əmin olduğunu bildirib ki, bu bəyanat qoşunların təmas xəttində və regionda tərəflərin praktiki addımlar atmasında öz əksini tapacaq.

Qeyd edək ki, erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlı öldürülüb, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlı isə girov götürülüb. H.Həsənovun nəşi Azərbaycana qaytarılıb. Ş.Quliyev və D.Əsgərovun isə qondarma "məhkəməsi" keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti