Azərbaycan, Bakı, 5 dekabr /Trend/
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberlə görüşüb.
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, görüş Bazeldə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında son vəziyyəti müzakirə ediblər.