Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Cəmilə Cəfərova/
ABŞ Dağlıq Qarabağ münaqişəsinin zorakılıq yolu ilə deyil, dinc yolla nizamlanacağına ümid edir. Trend xəbər verir ki, bu barədə çərşənbə günü Bakıda jurnalistlərə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan bildirib.
Hoqan deyib: "2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həllində prioritet sülh danışıqları olmalıdır".