...

Azərbaycan beynəlxalq qurumların azərbaycanlı girovlarla bağlı ədalətli qərar qəbul edəcəklərini güman edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Yanvar 2015 11:46 (UTC +04:00)
“Güman edirəm ki, beynəlxalq qurumlar qaldırılan cinayət işi ilə əlaqədar ədalətli qərar qəbul edə biləcəklər”.
Azərbaycan beynəlxalq qurumların azərbaycanlı girovlarla bağlı ədalətli qərar qəbul edəcəklərini güman edir

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

"Güman edirəm ki, beynəlxalq qurumlar qaldırılan cinayət işi ilə əlaqədar ədalətli qərar qəbul edə biləcəklər". Trend-in məlumatına görə, bu barədə Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar Dilqəm Əsgərov, Şahbaz Quliyev və qətlə yetirilmiş Həsən Həsənovla bağlı Avropa Məhkəməsinə edilən müraciətə və H.Həsənovun qətlə yetirilməsi ilə bağlı Kəlbəcər rayon prokurorluğunun qaldırdığı cinayət işinə münasibət bildirərkən jurnalistlərə deyib.

Ə.Əhmədovun sözlərinə görə, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, indiyə qədər beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə əlaqədar qaldırmaq istədikləri təşəbbüslər nəticə verməyib: "20 ildən çoxdur ki, Azərbaycan əraziləri işğal altındadır. Ancaq BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və beynəlxalq qurumların qərarlarının olmasına baxmayaraq, erməni tərəfi işğal etdiyi Azərbaycan ərazilərini azad etməkdən imtina edir. Buna görə də beynəlxalq qurumların qəbul edəcəyi qərarların ədalətli olması və yaxud ədalətli qərar qəbul edərlərsə belə, həmin qərarların yerinə yetirilməsi ilə bağlı azərbaycanlılarda böyük inamsızlıq yaranıb".

O, qeyd edib ki, Azərbaycan tərəfi istənilən məsələnin ədalətli həll olunması üçün əlindən gələni edəcək: "Bu prosesin özü Ermənistanın nə qədər təcavüzkar mövqedə dayandığını bir daha bütün dünyaya nümayiş etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti