...

Svante Kornell: ABŞ erməni lobbisinin təzyiqləri səbəbindən Dağlıq Qarabağ münaqişəsinə diqqət ayıra bilmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Fevral 2015 10:31 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində lazımi maraq nümayiş etdirmir, çünki bu, erməni lobbi təşkilatları ilə ciddi problemlərə gətirib çıxara bilər.
Svante Kornell: ABŞ erməni lobbisinin təzyiqləri səbəbindən Dağlıq Qarabağ münaqişəsinə diqqət ayıra bilmir

Azərbaycan, Bakı, 11 fevral /Trend, müəllif Anaxanım Hidayətova/

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində lazımi maraq nümayiş etdirmir, çünki bu, erməni lobbi təşkilatları ilə ciddi problemlərə gətirib çıxara bilər. Bunu Trend-ə isveçli alim, Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) həmtəsisçisi və direktoru, Mərkəzi Asiya və Qafqaz İnstitutunun və "İpək yolu" araşdırmalar Proqramının araşdırmalar üzrə direktoru Svante Kornell bildirib.

Analitikin sözlərinə görə, iki il əvvəl ABŞ dövlət katibi Con Kerri vəzifəsinin icrasına başlayanda qeyd etdi ki, münaqişənin həlli ABŞ üçün prioritet məsələlərdən biridir, amma o zamandan dünyada çox şey dəyişib: "Suriya məsələsi, Ukrayna böhranı və bir çox başqa problemlər yaranıb. Biz görürük ki, ABŞ son vaxtlar Fələstin-İsrail münaqişəsinə böyük diqqət ayırır".

Onun sözlərinə görə, ABŞ bir neçə səbəbdən Qarabağ münaqişəsinin həll olunmasını istəmir. Onlardan biri siyasi səbəbdir: "Çoxları zənn edirlər ki, münaqişəni həll etmək çox çətindir, uğur şansı çox azdır, amma uzun zaman, pul və səy tələb olunur. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi səylərin olması ilə bağlı narahatlıq var, bir çoxlarına isə bu problemlər lazım deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti