...

XİN Herbert Salberin Karen Mirzəyanla görüşünə aydınlıq gətirdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Fevral 2015 17:03 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin Yerevan şəhərində Karen Mirzəyanla görüşü məsələsinə aydınlıq gətirib.
XİN Herbert Salberin Karen Mirzəyanla görüşünə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin Yerevan şəhərində qondarma "Dağlıq Qarabağ respublikası"nın "xarici işlər naziri" Karen Mirzəyanla görüşü məsələsinə aydınlıq gətirib.

Trend-in məlumatına görə, H.Hacıyev qeyd edib ki, bu görüş barədə Azərbaycan tərəfinin əvvəlcədən məlumatı vardı: "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan Respublikasının vətəndaşlarıdırlar".

O vurğulayıb ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi H.Salberin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü ilin oktyabr ayında Azərbaycanda səfərdə olan zaman Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüşüb və münaqişənin həllinə dair onların baxışlarını dinləyib: "Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında təmaslar olmalıdır".

XİN rəsmisi bildirib ki, Avropa İttifaqı bu təmasların təşviq edilməsində öz rolunu oynaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti