...

Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində "məhkəmə hökmü" qüvvədə saxlanılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2015 13:40 (UTC +04:00)
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “apellyasiya məhkəməsi” azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində məhkəmə hökmünü qüvvədə saxlayıb.
Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində "məhkəmə hökmü" qüvvədə saxlanılıb

Azərbaycan, Bakı, 10 mart /Trend/

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "apellyasiya məhkəməsi" azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində "məhkəmə hökmü"nü qüvvədə saxlayıb. Trend bu barədə Ermənistan mətbuatına istinadən məlumat yayıb.

Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.
Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi" dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm" çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti