...

Robert Sekuta: Azərbaycanlı girovların azad edilməsi münaqişənin həlli yolunda irəliləyişə səbəb ola bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Mart 2015 16:42 (UTC +04:00)
"Dağlıq Qarabağda ermənilər tərəfindən saxlanılan azərbaycanlı girovların azad edilməsi münaqişənin həlli yolunda irəliləyiş üçün əhəmiyyətli addım ola bilər".
Robert Sekuta: Azərbaycanlı girovların azad edilməsi münaqişənin həlli yolunda irəliləyişə səbəb ola bilər

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Anaxanım Hidayətova/

"Dağlıq Qarabağda ermənilər tərəfindən saxlanılan azərbaycanlı girovların azad edilməsi münaqişənin həlli yolunda irəliləyiş üçün əhəmiyyətli addım ola bilər".

Trend-in məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta işğal edilmiş Dağlıq Qarabağda azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı qurulmuş qondarma "məhkəmə prosesi"ni şərh edərkən bildirib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib ki, Ermənistan tərəfindən D.Əsgərov və Ş.Quliyev üzərində təşkil olunmuş "məhkəmə prosesi"nin heç bir hüquqi əsası yoxdur və qəbul edildiyi iddia edilən "qərar"lar da heç bir hüquqi mahiyyət kəsb edə bilməz.

Qeyd edək ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi" dekabrın 19-da D.Əsgərovun ömürlük, Ş.Quliyevin isə 22 il müddətinə azadlıq məhrum edilməsi barədə "hökm" çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti