Azərbaycan, Bakı, 27 may /Trend/
Moskvada Dağlıq Qarabağ münaqişəninin həll yolları müzakirə olunub. Bu barədə Trend Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Mövcud məsləhətləşmələr təcrübəsinin davamı olaraq Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşüb.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı aktual məsələlər müzakirə edilib.