...

Əli Həsənov BQXK nümayəndəsi ilə azərbaycanlı girovların məsələsini müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2015 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranı qəbul edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin mandatına uyğun fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlərin müzakirə olunduğu görüşdə BQXK ilə Azərbaycan hökuməti, eləcə də digər tərəfdaşlar arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən də danışılıb, bu qurumun cəbhə xətti boyunca həyata keçirdiyi layihələri, onların icra mexanizmi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ölkəmizdəki fəaliyyətlərinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən D.Duran bunun BQXK-nın dünyanın müxtəlif ölkələrindəki humanitar fəaliyyətinin dəstəklənməsi üçün də mühüm önəm daşıdığını diqqətə çatdırıb.

Qəbulda, həmçinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma yurdularını və ata-analarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülmüş, sonra isə separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsinin qərarı ilə" barələrində "hökm" çıxarılmış azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə və onların bugünkü durumları ilə bağlı fikir mübadiləsi aparılıb, işğalçı ölkənin bu barədə tutduğu mövqe Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına saymazlıq, onları kobud şəkildə pozmaq və ciddi özbaşınalıq kimi dəyərləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti