...

Rusiyalı deputat: Xocalı faciəsi dünyanın heç bir yerində təkrarlanmamalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2016 17:32 (UTC +04:00)
İtkin düşmüş 150 nəfər, əsir alınmış 1275 nəfər, qaçmaqla həyatlarını xilas etmiş 1 milyondan çox məcburi köçkün Xocalının uzun əks-sədasıdır.
Rusiyalı deputat: Xocalı faciəsi dünyanın heç bir yerində təkrarlanmamalıdır

Bakı. Elmira Tariverdiyeva - Trend:

"İtkin düşmüş 150 nəfər, əsir alınmış 1275 nəfər, qaçmaqla həyatlarını xilas etmiş 1 milyondan çox məcburi köçkün Xocalının uzun əks-sədasıdır. Azərbaycan indiyədək dünyaya bu qurbanları unutmamaq xahişi ilə müraciət edir". Bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Trend-in redaksiyasına ünvanladığı açıq məktubda yazır.

Deputat qeyd edir ki, 1992-ci ilin fevralında Xocalı şəhərində 613 nəfər vəhşicəsinə öldürülüb, mindən çox insan isə əlil qalıb: "Əgər Xocalıya bənzər faciələr unudulsa, bu, yeni bəlalara gətirib çıxara bilər. Bu gün Xocalı qətliamına həsr edilmiş xatirə tədbirlərinin dünyanın müxtəlif nöqtələrində - Rusiyadan okeanın o tayındakı Kanadayadək - keçirilməsi rəmzidir və vacibdir".

Onun sözlərinə görə, Xocalı faciəsindən keçən 10 illiklər ərzində müstəqil Azərbaycan möhkəmlənib və dünya arenasında sərbəst oyunçuya, Cənubi Qafqazda sülhün qarantına çevrilib: "Azərbaycan güclü ölkə kimi qisasla alışıb yanmır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini axtarır, dünyaya multikulturalizm və tolerantlıq ixrac edir. Azərbaycan planetə müraciət edir: "Xocalı faciəsi dünyanın heç bir yerində təkrarlanmamalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti