...

Nazir Xankəndi və digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaq barədə göstəriş verdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Aprel 2016 19:25 (UTC +04:00)
Cəbhə boyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb.
Nazir Xankəndi və digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaq barədə göstəriş verdi

Bakı. Trend:

Cəbhə boyu ağır itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarının əvəzini qoşunların təmas xəttinə yaxın yaşayış məntəqələrimizi atəşə tutaraq mülki əhaliyə ziyan vurmaqla çıxmağa başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin dəfələrlə qarşı tərəfi təkidlə xəbərdar etməsinə baxmayaraq, Ermənistan bu cür qeyri-insani addımlar atmaqla Azərbaycanı da adekvat tədbirlər görməyə təhrik edir. Lakin Azərbaycan tərəfi bir daha Ermənistanı beynəlxalq hüquq normalarına riayət edərək dinc əhaliyə qarşı zor tətbiqindən çəkinməyə çağırır.

Nazirlik, eyni zamanda bildirir ki, qısa bir müddətdə yaşayış məntəqələrimizə düşmən tərəfindən vurulan zərbələrin dayandırılmayacağı təqdirdə müdafiə naziri raket-artilleriya qoşunları da daxil olmaqla Silahlı Qüvvələrin bütün qoşun növlərinə sərəncamda olan ağır döyüş vasitələri ilə Xankəndi şəhəri və işğal olunmuş digər yaşayış məntəqələrinə dağıdıcı zərbələrin endirilməsinə hazır olmaları barədə göstəriş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti