Bakı. Trend:
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün bu gün Bakıya gələcək.
Bu barədə Trend-ə xüsusi nümayəndə məlumat verib.
Onun sözlərinə görə, Bakıda bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.
Danışıqların əsas mövzusu Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son hadisələr olacaq.