...

Ərdoğan Minsk qrupunun Qarabağ münaqişəsini niyə nizamlamadığını anlaya bilmir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Aprel 2016 16:48 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini bəyan edib.
Ərdoğan Minsk qrupunun Qarabağ münaqişəsini niyə nizamlamadığını anlaya bilmir (ƏLAVƏ OLUNUB)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini bəyan edib.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu dövlət başçısı İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin bağlanış mərasimində bəyan edib.

Bununla yanaşı, R.T.Ərdoğan ATƏT-in Minsk qrupunun bu münaqişəni indiyədək nəyə görə nizamlamadığını anlaya bilmədiyini vurğulayıb.

Qeyd edək ki, ötən gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti başlayıb. 57 dövlət İslam Əməkdaşlıq Təşkilatının üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti