...

​Ermənistan mülki vətəndaşlara qarşı qadağan edilmiş silahlar tətbiq etməyə başladı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 May 2016 14:20 (UTC +04:00)
Azərbaycana qarşı atom silahının istifadə imkanları barədə bəyan etmiş Ermənistan bu istiqamətdə ilk addım atıb.
​Ermənistan mülki vətəndaşlara qarşı qadağan edilmiş silahlar tətbiq etməyə başladı

Elçin Mehdiyev - Trend:

Azərbaycana qarşı atom silahının istifadə imkanları barədə bəyan etmiş Ermənistan bu istiqamətdə ilk addım atıb. Ötən gün ermənilərin dinc əhaliyə qarşı beynəlxalq protokol və konvensiyalarla qadağan olunmuş silahdan istifadə etmələri dəqiq sübuta yetirildi.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatına əsasən, Tərtər rayonunda partlamamış döyüş sursatlarının axtarışı və zərərsizləşdirilməsi zamanı partlamamış fosforlu hərbi sursatlar aşkarlanıb. Bu mərmilər həmin ərazilərdə yaşayan dinc əhaliyə atılıb.

"Yandırıcı silahın tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması haqqında protokol"da deyilir: "İstənilən şəraitdə mülki əhaliyə qarşı olmaq etibarı ilə ayrı-ayrı mülki şəxslərə və ya mülki obyektlərə yandırıcı silahdan tətbiq etməklə hücum qadağan edilir".

Bu sənəddə, hətta istənilən şəraitdə mülki əhalinin cəmləşdiyi ərazidə dislokasiya edilmiş istənilən hərbi obyektə yandırıcı silah tətbiq etməklə hücum qadağan edilir. Yandırıcı silahın, xüsusilə ağ fosfor və digər maddələrlə istifadəsinin nə olduğunu başa düşmək üçün bu silahın istifadəsi nəticəsində alınmış yaraların fotolarına baxmaq kifayət edir. Qorxunc mənzərədir. İnsanın bədəninə düşən maddə tam yandırır və onu söndürmək mümkün deyil. Bunların hamısı yaralının qorxunc əziyyətlərinə və əzablı ölümünə gətirib çıxarır.

Bir çox beynəlxalq sənədlər dinc əhaliyə qarşı yandırıcı hərbi sursatların tətbiqini dəqiq qadağan edir.

Onların arasında 1868-ci il tarixli "Partlayıcı və yandırıcı güllələrin istifadəsinin ləğvi haqqında" Sankt-Peterburq bəyannaməsi;

1949-cu il müharibəsi qurbanlarının qorunması haqqında Cenevrə konvensiyaları və 1977-ci ildə onlara qəbul edilmiş əlavə protokollar;

"Adi silahların konkret növləri haqqında konvensiyaya" III protokol (1980) (Həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi sliahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə konvensiya).

Əlbəttə ki, Azərbaycanda hər kəs işğalçı erməni qoşunlarından başqa heç nə gözləmirdi. Soyqırım törətmiş, etnik təmizləmələr aparmış, qadın, qoca və uşaqları öldürən insanlar hazırda Ermənistana rəhbərlik edirlər. Silahsız dinc vətəndaşların qətlində şəxsən iştirak edən insanlar üçün təkcə qadağan edilmiş silah deyil, həm də "Metsamor" AES-in işlənmiş nüvə yanacağından istifadə edilməklə yaradıla bilən "çirkli bombalar"ın tətbiq edilməsini əmr etmək çətin bir şey deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti