...

Malena Mard: Dağlıq Qarabağ üzrə Vyana görüşü müsbət faktdır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 May 2016 12:34 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü çox müsbət faktdır.
Malena Mard: Dağlıq Qarabağ üzrə Vyana görüşü müsbət faktdır   (ƏLAVƏ OLUNUB)

Bakı. Ənvər Məmmədov - Trend:

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü çox müsbət faktdır.

Trend-in məlumatına görə, bunu Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O bildirib: "Biz müxtəlif tədbirlərin keçirilməsi, insidentlərin araşdırılması, hərtərəfli sülh danışıqları üçün "yol xəritəsinin" planlaşdırılması, yaxın vaxtlarda ikinci görüşün planlaşdırılması barədə qərarı dəstəkləyirik".

Aİ nümayəndəliyinin başçısı vurğulayıb ki, münaqişənin hərbi həlli yoxdur: "O, sülh danışıqları əsasında həll olunmalıdır, danışıqlarda əsas rolu prezidentləri və həmsədrlər oynayırlar. Bildiyiniz kimi, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini prezidentlərlə görüşüb. Fevralda Azərbaycanda olarkən, o bildirib ki, bu problemlə şəxsən yaxından məşğul olacaq və bu məsələdə Minsk qrupunun tərəfdaşı olmaq istəyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti