...

KTMT-nin XİN rəhbərləri Dağlıq Qarabağ üzrə bəyanatla çıxış ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2016 18:22 (UTC +04:00)

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsi üzrə bəyanatla çıxış ediblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, XİN rəhbərləri bəyanatlarında Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmalara, eləcə də vasitəçilərin səylərinə dəstəklərini ifadə ediblər.

Bəyanatda deyilir: "ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktının müddəaları əsasında nizamlanması üzrə səylərini dəstəkləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti