...

Roma Papası Qarabağ məsələsində beynəlxalq birliyin köməyinə ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Oktyabr 2016 19:06 (UTC +04:00)
Roma Papası Fransisk Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün beynəlxalq birliyin köməyinə ümid edir.
Roma Papası Qarabağ məsələsində beynəlxalq birliyin köməyinə ümid edir

Bakı. Yelena Kosolapova - Trend:

Roma Papası Fransisk Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün beynəlxalq birliyin köməyinə ümid edir. Trend-in məlumatına görə, bunu Roma Papası Fransisk bu gün Heydər Əliyev Mərkəzində hökümət nümayəndələri, ictimai cəmiyyət və diplomatik korpus ilə görüşündə çıxışı zamanı deyib.

O bildirib: “Mən bu ölkənin qayğısına qalaraq öz torpaqlarını tərk etmək məcburiyyətində qalanlara və qanlı münaqişələrin nəticələrindən əziyyət çəkən bir çox insana səmimi yaxınlığımı ifadə etmək istərdim. Ümid edirəm ki, beynəlxalq birlik zəruri köməyi davamlı etmək vəziyyətində ola bilər”.

Roma Papası regionda sabit sülhün yeni mərhələsinə başlamaq üçün hamını bu münaqişənin məmnunedici həllinə nail olmaq məqsədilə istənilən imkandan yararlanmağa dəvət edib: “Əminəm ki, Tanrının köməyi və cəlb olunmuş tərəflərin xeyirxah iradəsi ilə Qafqaz mübahisə və fikir ayrılıqlarının dialoq və danışıqlar yolu ilə həll edilərək aradan qaldırılacağı yer olacaq”.

O qeyd edib ki, bununla da bu region – Müqəddəs II İohan Pavelin 2002-ci ildə Azərbaycana səfəri zamanı adlandırdığı “Şərqlə Qərb arasında qapı”-da sülh üçün açıq qapı və köhnə ilə yeni münaqişələri həll etmək üçün baxa biləcəyimiz nümunə olacaq.

Roma Papasının sözlərinə görə, təəssüf ki, dünya dözümsüzlüklə alovlandırılan bir çox münaqişənin faciəsini yaşayır ki, bunlar da öz növbəsində zorakı ideyalar və ən zəiflərin hüquqlarının faktiki olaraq inkarı ilə təhrik edilir: “Bu təhlükəli yayınmalara qarşı səmərəli mübarizə aparmaq üçün dialoqa yorulmaz hazırlıq sayəsində irəliləyən mədəniyyəti, dözümlülüyə və maraq doğuran, həmçinin təkidli danışıqlar vasitəsilə birgə həllərin səylə axtarışının ağlabatan alternativinin olmadığı düşüncəsini təşviq etməliyik.

O əlavə edib ki, ölkə sərhədləri daxilində müxtəlif sektorlar arasında harmoniyaya yardım etmək zəruri olduğu kimi, dövlətlər arasında da əsl tərəqqiyə və xalqları azadlığına aparan, uzunmüddətli razılaşmlara və sülhə gətirib çıxaracaq yeni yollar açan müdrik və cəsur yolu davam etdirmək lazımdır: “Bununla da xalqlar ağır əzablardan və çətin sağalan ağrılı yaralardan xilas olacaqlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti