...

İcma rəhbəri: Ermənistan hakimiyyəti ziyalıların görüşünə imkan vermir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Oktyabr 2016 12:33 (UTC +04:00)
Bugünkü Ermənistan hakimiyyəti ziyalı ermənilərin Azərbaycan əhalisi və hakimiyyəti ilə görüşməsinin qəti əleyhinədir.
İcma rəhbəri: Ermənistan hakimiyyəti ziyalıların görüşünə imkan vermir

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

“Bugünkü Ermənistan hakimiyyəti ziyalı ermənilərin Azərbaycan əhalisi və hakimiyyəti ilə görüşməsinin qəti əleyhinədir”. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

O qeyd edib ki, Ermənistan rəhbərliyi cinayətkar olduğundan məhkəmə qarşısında cavab verməlidirlər. B.Səfərov bildirib ki, ermənilər Azərbaycan əhalisi ilə görüşəndə barışıq olacaq, lakin Ermənistan hakimiyyəti bunu istəmir.

B.Səfərov Suriyadan ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, Ermənistan hakimiyyəti və erməni lobbisi Suriyada yaşayan erməniləri aldadıb Dağlıq Qarabağa və işğal olunmuş digər bölgələrə gətirirlər. İcma rəhbəri bildirib ki, həmin ermənilər də burada çox qalası deyillər:

“Çünki kapitalizmə uyğun şəraitdə yaşayan biri gəlib Ermənistanın əsirliyində yaşaya bilməz. Onların hamısı müstəqil yaşayıb və ərəb ölkəsində heç də kasıb olmayıblar. Onları aldadıb bura gətirərkən əllərindən sənədlərini alıb sərhəddə postda dayandırırlar. Ona görə də onların əlinə fürsət düşən kimi xarici ölkələrə qaçırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti