...

Ter-Petrosyan: Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2017 04:00 (UTC +04:00)
Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır
Ter-Petrosyan: Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır

Bakı. Trend:

Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır.

Trend-in "İnterfax"a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.

"Əgər biz bunu könüllü etməsək, onda bu torpaqlar sanksiyalarla alınacaq", - L.Ter-Petrosyan deyib.

O, qeyd edib ki, dövlət cəmiyyəti bu qərarlara hazırlamalıdır.

"Əgər Serj Sarkisyan bu yol ilə gedərsə, mən sona kimi onun yanında olacam", - sabiq prezident bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti