...

Səfir: Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Aprel 2017 12:04 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi də Donbassdakı münaqişə kimi dondurulmuş münaqişə deyil
Səfir: Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir

Bakı. Anaxanım Hidayətova - Trend:

Dağlıq Qarabağ münaqişəsi də Donbassdakı münaqişə kimi dondurulmuş münaqişə deyil. Azərbaycanlılar da, ukraynalılar da öz torpaqları uğrunda həlak olmaqda davam edir.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Aleksendr Mişşenko deyib.

Onun sözlərinə görə, Ukrayna Azərbaycanın dostluğunu və dəstəyini yüksək qiymətləndirir:

“Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu cür vəziyyətə düşməsən, Azərbaycanın vəziyyətini tam anlamaq mümkün olmur. Biz münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti