...

Rusiyalı ekspert: Fransa prezidentliyinə namizədlərin bəyanatları Azərbaycanla münasibətlərə mənfi təsir edə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2017 15:35 (UTC +04:00)
Hazırda Fransa prezidentliyinə namizədlərin praktiki olaraq seçkilərin birinci turu ərəfəsində riskli bəyanatlar verdiyini və çox sayda seçicinin diqqətini özlərinə cəlb etməyə çalışdığını görmək olar.
Rusiyalı ekspert: Fransa prezidentliyinə namizədlərin bəyanatları Azərbaycanla münasibətlərə mənfi təsir edə bilər

Bakı. Elmira Tariverdiyeva - Trend:

Hazırda Fransa prezidentliyinə namizədlərin praktiki olaraq seçkilərin birinci turu ərəfəsində riskli bəyanatlar verdiyini və çox sayda seçicinin diqqətini özlərinə cəlb etməyə çalışdığını görmək olar.

Trend-in məlumatına görə, bunu "Sputnik" radiosunun efirində Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov deyib.

O qeyd edib ki, məsələn, bu yaxınlarda prezidentliyə namizəd Marin Le Pen Dağlıq Qarabağın Ermənistanla birləşdirilməli olduğunu bəyan etmişdi:

"Məlum məsələdir ki, bu bəyanat Fransanın erməni icmasına hesablanıb. Lakin bu, ən yüksək posta seçilmək və sonradan Azərbaycanla münasibət qurmaq istəyən bir siyasətçi üçün kifayət qədər riskli bəyanatdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti