...

Millət vəkili Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2017 15:48 (UTC +04:00)
Millət vəkili Q.Paşayeva Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb.
Millət vəkili Çinin ictimai xadim, tanınmış təşkilat rəhbərləri ilə Qarabağdan danışıb

Bakı. Trend:

Milli Məclisin deputatı Qənirə Paşayeva Çinin ictimai xadim qadınları, tanınmış təşkilat rəhbərləri ilə görüşdə Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb.

Q.Paşayeva Çin heyətinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Deputat nümayəndə heyətinə 1 milyon azərbaycanlının, o cümlədən yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə ətraflı məlumatlar verib.

Millət vəkili bildirib ki, Çinin də üzvü olduğu BMT Təhlüksizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunmasına dair 4 qətnaməsi 20 ildən artıqdır ki işğalçı Ermənistan tərəfindən yerinə yetirilmir.

Çinin Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən nümayəndə heyəti üzvləri iki ölkə arasında münasibətlərin getdikcə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti