...

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2019 05:14 (UTC +04:00)
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat Stiv Koen Xocalı Faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat verib.
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Stiv Koen Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat Stiv Koen Xocalı Faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat verib.

Trend-in məlumatıan görə, bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi zamanı Xocalı şəhərində yüzlərlə sakinin qətlə yetirilməsinin etnik Azərbaycanlıların ən böyük qətliamı olduğu qeyd olunub. Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin Ermənistan silahlı qüvvələrinin qırğınından öncə 7000 sakini olduğunu vurğulayan Konqres üzvü 106-sı qadın, 83-ü uşaq olmaqla 600-dan çox silahsız insanın qətlə yetirildiyini, 2000-dən az sakinin sağ qaldığını, 100-dən çox uşağın bir valideynini, 25 uşağın isə hər iki valideynini itirdiyini, 8 ailənin tamamilə məhv edildiyini bildirib.

S.Koen 20 ildən artıqdır atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla Azərbaycan torpaqlarının 20%-dən çox hissəsinin işğal altında qaldığı və 1 milyondan çox qaçqının olduğunu vurğulayıb.

Bəyanatda işğal olunmuş Azərbaycan ərazilərində təmas xəttində zorakılığın davam etməsinin ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupundakı fəaliyyətini daha da gücləndirməsini gərəkdirdiyi vurğulanıb.

Konqres üzvü Azərbaycanın təhlükəsizlik və enerji məsələlərində ABŞ-ın və onun müttəfiqlərinin güclü tərəfdaşı olduğunu qeyd edib. S.Koen bu əməkdaşlığın kütləvi qırğın silahlarının yayılmamasında Azərbaycanın rolu, Kosovo, İraq və Əfqanıstanda Azərbaycan əsgərlərinin ABŞ qüvvələri ilə çiyin-çiyinə xidmət etməsi, koalisiyanın Əfqanıstandakı qüvvələrinin təchizatı üçün Azərbaycan məkanından tranzit məqsədilə istifadəsi, Xəzər dənizindən İtaliyaya Cənub Qaz Dəhlizinin inşası vasitəsilə Avropanın alternativ enerji mənbələri ilə təmin olunması, İsrailin neft istehlakının təxminən 40%-nin Azərbaycan tərəfindən təmin edilməsi kimi sahələri ehtiva etdiyini qeyd edib. Bəyanatda həmçinin Azərbaycandakı yəhudi icması və İsraillə əməkdaşlığa xüsusi vurğu edilib.

Sonda Konqres üzvü bu faciədə həyatını itimiş insanların xatirəsini bir daha yad edərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylərin dəstəklənməsində daha qətiyyətli olmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti