Cocuq Mərcanlıda inkubator məntəqəsi istifadəyə verilib (FOTO)

Cocuq Mərcanlıda inkubator məntəqəsi istifadəyə verilib (FOTO)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində inkubator məntəqəsi fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, bununla bağlı oktyabrın 10-da Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı Səfirliyinin, Cəbrayıl Rayon İcra Hakimiyyətinin və sahibkarların iştirakı ilə tədbir keçirilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov tədbirdə Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkə regionlarının davamlı və tarazlı sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən uğurlu siyasət, reallaşdırılan müasir infrastruktur layihələri, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə görülən işlər, özəl sektorun inkişafına dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Dövlət başçısının yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən birgə layihələrin kəndin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğulayan Sahib Məmmədov inkubator məntəqəsinin istifadəyə verilməsinin kənd sakinlərinin quşçuluq sahəsində fəaliyyətinin genişlənməsinə şərait yaradacağını diqqətə çatdırıb.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlıda reallaşdırılan layihələrin kəndin inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə töhfə oluğunu qeyd edib.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Maykl Heninq "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində regionlarda, o cümlədən Cocuq Mərcanlıda icra olunan icma əsaslı iqtisadi layihələr barədə məlumat verərək, Azərbaycan Hökuməti ilə bu sahədə uğurlu əməkdaşlığı vurğulayıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Faiq Abbasov çıxışında kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Agentliyin gördüyü işlərdən danışıb. Qeyd olunub ki, Cocuq Mərcanlı sakinlərinin mikro və kiçik bizneslə məşğul olmalarının təşviqi və onlara dəstək məqsədilə KOBİA-nın sifarişi ilə hazırlanmış bal emalı üzrə mobil emalatxana bu ilin martında istifadəyə verilib. Arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların emalı və qablaşdırılması üçün nəzərdə tutulan mobil emalatxana Cocuq Mərcanlı və yaxın kəndlərdəki arıçılıq təsərrüfatlarına xidmət edir.

Tədbirdə çıxış edən Cocuq Mərcanlı sakinləri göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçıları sahibkarların əl işlərindən və istehsal etdikləri məhsullardan ibarət sərgi və inşası davam edən suvenir istehsalı müəssisəsi ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində yaradılmış inkubator məntəqəsi 4000 ədəd yumurta tutumlu 2 inkubator dolabı və 2400 yumurta tutumlu 1 inkubator çıxış dolabı ilə təchiz edilib.

Səfir Elxan Poluxov “Qanunvericilikdə Dini Azadlıq” mövzusunda videokonfransda iştirak edib (FOTO)
Səfir Elxan Poluxov “Qanunvericilikdə Dini Azadlıq” mövzusunda videokonfransda iştirak edib (FOTO)
Dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir - Adil Əliyev
Dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir - Adil Əliyev
Şahin Mustafayev: Azərbaycan ilə Aİ əməkdaşlığının inkişafı ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir
Şahin Mustafayev: Azərbaycan ilə Aİ əməkdaşlığının inkişafı ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir
Loading Bars
Xəbər lenti
Kanada-ABŞ sərhədi sentyabrın 21-dək bağlı qalacaq
"Barselona"nın müdafiəçisi koronavirusa yoluxub
Səfir Elxan Poluxov “Qanunvericilikdə Dini Azadlıq” mövzusunda videokonfransda iştirak edib (FOTO)
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Çempionlar Liqası: "Bavariya" "Barselona"nın qapısından 8 top keçirdi
Tehranda yaşayış evində partlayış olub, xəsarət alanlar var
Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Dünyada koronavirusa yoluxanların sayı 21 milyon nəfəri ötüb
İbrahim Kalın: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 286 mindən çox artıb
Makron İran üzrə sammitdə iştirak etməyə razılaşıb
Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçilib (ƏLAVƏ OLUNUB)
Türkiyədə koronavirusdan daha 923 nəfər sağalıb
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Çində rəqəmsal valyutanın tətbiqi üzrə sınaqlar keçirilir
YAP tərəfindən “Qərbi Azərbaycanda soyqırımına məruz qalmış toponimlərimiz” kitabının ingilis və rus dillərində elektron versiyası hazırlanıb
Dünya birliyi Cənubi Qafqazda Azərbaycanı lider dövlət kimi qəbul edir - Adil Əliyev
Avropa ölkələri yüz milyonlarla doza koronavirus vaksini alacaq
“Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası” təsdiqləndi
BŞBPİ-də kadr təyinatı olub
Şahin Mustafayev: Azərbaycan ilə Aİ əməkdaşlığının inkişafı ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib
Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,4 milyard manatlıq məhsul satılıb
Paşinyan BBC-nin “HARD Talk” proqramına müsahibəsində sərsəm fikirlərlə növbəti dəfə özünü biabır etdi - Deputat
İspaniyada dar küçədə siqaret çəkmək qadağan edilir
Ümumi daxili məhsulun həcmi açıqlanıb
MTRŞ-da ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub
“Azərbaycan Sənaye Korporasiyası” ASC-də “Azərpambıq ASK” MMC-də istehsalat prosesinin cari vəziyyətinə həsr olunan videokonfrans şəklində müşavirə keçirilib
Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirilib (FOTO/VİDEO)
Ceyhun Bayramov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)
Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır
MN: Cəbhədə törədiləcək təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək
“Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrinin 2020-ci ilin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (İFRS) keçidi davam edir
QMİ nümayəndəsi: İnsanların kütləvi məkana toplaşması yoluxma ehtimalını artırır
“Azərkosmos” “iSAT Africa” şirkəti ilə əməkdaşlığa başlayıb
Füzulidə top mərmisi və raket hissəsi tapılıb (FOTO)
Ağsuda “Chrysler” markalı minik avtomobil yanıb
Bərdə sakininin qəsdən öldürülməsi faktına dair cinayət işi məhkəməyə göndərilib
Azərbaycanda 103 nəfər koronavirusa yoluxdu, 221 nəfər sağaldı
Şabranda sanitar-karantin qaydalarını pozan 9 nəfər cərimələndi
Avqustun 17-də dolların manata qarşı məzənnəsi
“Qanun” nəşriyyatında işçilərin xüsusi karantin qaydalarını pozması ilə bağlı videogörüntü yayılıb (VİDEO)
“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda forum keçirilib (FOTO)
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət edib
Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Nərimanov RİH-dən ağacların quruması xəbərlərinə reaksiya (FOTO)
"WizzAir" bütün Gürcüstan reyslərini ləğv edib
15 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb (FOTO/VİDEO)
“Azərbaycan Sənaye Korporasiyası” ASC-də “Azərtütün ASK” MMC-nin cari təsərrüfat fəaliyyətinə həsr edilmiş videokonfrans formatında iclas keçirilib
Tarixçi Paşinyanın iddialarına cavab verdi: "Ərsak" sözünü saxtalaşdıra bilmədiklərindən dəyişib "Artsax" ediblər
Balakəndə nişan mərasimi keçirənlər barəsində toplanmış materiallar məhkəməyə göndərilib (FOTO)
Mikayıl Cabbarov: Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir
Təhsil Nazirliyi: Xaricdə distant təhsil alanların Azərbaycan məktəblərinə köçürülməsinə yol verilmir
BMTİP vasitəsilə Azərbaycana 5130 qutu dərman preparatı gətirilib (FOTO)
Tələbələrin köçürülməsi qaydası açıqlandı
Avqustun 17-dən tələbələrin köçürülməsinə başlanılır
İbrahim Şehiç “Konyaspor”la anlaşıb
Paşinyan növbəti dəfə çətin suallar qarşısında aciz qaldı və ifşa olundu (VİDEO)
İsrail mediası yəhudilərin Azərbaycanla həmrəy olmasından bəhs edib
Ağac kəsən şəxs cəzalanıb
DİN Gəncədəki intiharla bağlı məlumat yayıb
Hərbi prokurorluqda qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb
Mədəniyyət Nazirliyində yeni təyinat olub
“Azərbaycan Sənaye Korporasiyası” ASC-də “ASK CİS” Coğrafi İnformasiya Sistemləri layihəsinin yaradılmasının təqdimatı keçirilib (FOTO)
Azərbaycan startapları kraudfandinqə çıxarılacaq
Səbail rayonunda gizli fəaliyyət göstərən uşaq bağçası aşkarlanıb (FOTO)
“The London Post” nəşri deputat Sevil Mikayılovanın ermənilərin Azərbaycana aqressiyası barədə açıqlamasını yayımlayıb
Paytaxtda beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Hindistanda koronavirus vaksininin sınaqlarının birinci mərhələsi davam edir
ADA Universiteti Regional Enerji Təhlükəsizliyi Simpoziumu keçirib (FOTO)
Goranboyda gizli nişan mərasimi keçirmək istəyənlər saxlanılıb (FOTO)
Rusiya bu ölkəyə yeni səfir təyin etdi
Bu həftə avtobuslarda 8 milyondan çox səfər sayı qeydə alınıb - RƏSMİ
Qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub
İranda 169 nәfәr koronavirusdan ölüb
Xətai rayonunda 4 küçə təmir olunub (FOTO)
Gürcüstan sərhədini qanunsuz keçməyə çalışan Ermənistan vətəndaşları saxlanılıb
Evdən çıxan koronavirus xəstələri həbs ediliblər (FOTO)
Penitensiar müəssisələrə başçəkmələr həyata keçirilib
Sabah hava yağışlı, küləkli keçəcək
“ASAN xidmət”də nikah mərasimlərinə gələnlərin sayına məhdudiyyət qoyulub
İcra nüməyəndəsinin cinayət işi məhkəməyə göndərildi
Brayza: Ermənistana hərbi texnika tədarük etməklə Rusiya ATƏT Minsk qrupunun həmsədri qismində etimadı itirir
Müəllimlərin işə qəbulu imtahanında tələbələr də nəzarət edəcək
6 ayda ev şəraitində 83 uşaq doğulub
Uşaqları çimərliyə apararkən ən çox nəyə diqqət edilməlidir? - Həkim məsləhəti
Polis imtahanlarda gücləndirilmiş iş rejimində xidmət aparıb (FOTO)
Təhsil Nazirliyi: Namizədlər ən çox Bakı və Sumqayıtda imtahan verirlər
Pandemiya şəraitində tibb işçilərinin sağlamlığının qorunması tibb müəssisələrinin prioritet vəzifəsidir
"Papanin" stansiyası və Xocasən deposunda görülən işlərlə bağlı AÇIQLAMA
Azərbaycan neftinin qiymətləri dəyişib
Dünyada koronavirusa yoluxanların sayı 21 milyon nəfəri keçib
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yayıb
Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır
Azərbaycanda qızıl və gümüş bahalaşır
Rusiyada daha 114 nəfər koronavirusdan ölüb
Şabranda velosipedçilərə qarşı reyd keçirilib - 9 nəfər cərimələnib (FOTO)
Azərbaycanda ali məktəblə peşə məktəbinin birgə kampusu yaradılacaq
Bakı Ali Neft Məktəbinin məzunları DAAD təqaüdünü qazanıb
Avropa azərbaycanlıları: Erməni lobbisi dünya ictimaiyyətini çaşdırır
Bütün xəbərlər