...

Türkiyənin Səhiyyə naziri: Qardaş Azərbaycan xalqının yanındayıq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2020 04:01 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Səhiyyə naziri Oqtay Şirəliyevlə türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri yazıb.

F.Koca bildirib: "Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevlə telefon danışığımız oldu. Ermənistanın qeyri-insani hücumu nəticəsində ona başsağlığı verdim və kədərimizi dilə gətirdim. Qardaş Azərbaycan xalqının yanındayıq. Hər cür tibbi ehtiyaclarında yardıma hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti