...

Lavrov və Borrel Dağlıq Qarabağda atəşkəsə çağırış ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Sentyabr 2020 21:27 (UTC +04:00)
Lavrov və Borrel Dağlıq Qarabağda atəşkəsə çağırış ediblər

Bakı. Trend:

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bildirib.

Məlumata məsasən, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında dərhal və tam şəkildə atəşkəsin vacibliyi vurğulanıb və bütün ölkələri maksimum təmkinli olmağa çağırış edilib:

"Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət müzakirə edilib. Münaqişə tərəflərinin və digər ölkələrin maksimum təmkin göstərmələri üçün dərhal və tam şəkildə atəşkəsin vacibliyi vurğulandı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti